A

Heablama Palatasının İcmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tədris prosesi ilə tanış olan Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin magistrantları ilə görüş keçirmişdir.

V.Mütəllimova magistrantlara ilk olaraq Azərbaycan Respubikasında dövlət maliyyə nəzarəti sisteminin strukturu ilə bağlı məlumat vermişdir. Daha sonra bu sistemin tərkibində kənar dövlət maliyyə nəzarəti funksiyasını daşıyan və dövlət auditini həyata keçirən Ali Audit Qurumu - Hesablama Palatasının yaranma tarixi, fəaliyyət sahələri və səlahiyyətlərini diqqətə çatdırdı.

Hesablama Palatasının fəaliyyətini tənzimləyən və cari ilin sentyabr ayından qüvvəyə minmiş yeni qanunun qurumun fəaliyyətində yeni bir mərhələ olduğu bildirildi. Tədbirdə, Qazaxıstan Respublikası və Azərbayan Respublikasının Ali Audit Qurumlarının fəaliyyətinin müqayisəli təhlili aparıldı. 

Tədbirdə kənar dövlət maliyyə nəzarətinin formaları, Hesablama Palatasının dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası ilə bağlı hazırlanan rəylərdə diqqət yetirilən əsas məqamlar barədə məlumat verildi. 

Magistrantların Hesablama Palatasında tətbiq edilən nöqsan təsnifatı ilə bağlı çoxsaylı suallarını cavablandıraraq V.Mütəllimova qurumun nəzarət fəaliyyətinin əsas nəticə göstəriciləri ilə bağlı məlumat vermişdir. 

Hesablama Palatasının fəaliyyətinin son illərdə gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı görülmüş tədbirlərin nəticəsi olaraq beynəlxalq reytinqlərdə Azərbaycan Respublkasının mövqeyinin müsbət istiqamətdə dəyişməsi ilə bağlı məlumatlar da diqqətə çatdırıldı. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay