UNEC Biznes Məktəbində “Biznesin idarə edilməsi” kafedrasının təşkilatçılığı ilə UNEC məzunu, “Saff Group International” şirkətinin təsisçisi, “Aromaks” , “Xpower” və bir sıra digər markaların qurucusu Cavid Abbasov magistrlara “Kiçik bizneslər üçün qlobal fürsətlərin dəyərləndirilməsi” mövzusunda təlim keçib.
Təlimdə C.Abbasov magistrlarla şəxsi təcrübələrini bölüşərək, uğurun qazanılmasına təsir edən əsas faktorları, o cümlədən, biznesdə innovasiya və yaşıl texnologiyaların tətbiqi hədəflərinin müəyyənləşdirilməsi, yerli və xarici bazarlarda fürsətlərin dəyərləndirilməsi kimi mövzuları ətraflı izah edib.
Sonda mövzu ətrafında suallar cavablandırılıb.