UNEC Biznes Məktəbinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı "Təqdimat bacarıqları" adlı təlim təşkil olunub.
Təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin İnsan resurslari şöbəsinin Tədris, inkişaf və qiymətləndirmə sektorunun müdiri, peşəkar təlimçi Leyla Tağıyeva aparıb.
Təlimdə magistrlərə təqdimat zamanı davranış, effektiv təqdimat texnikaları və ən çox edilən səhvlərlə bağlı məqamlar barədə ətraflı məlumat verilib.
İnteraktiv formada təşkil olunan təlimdə magistrlərin sualları cavablandırılıb.