A

UNEC tələbə və magistrantlarına uğurlu karyera qurmaq, şəxsi inkişaflarına dəstək olmaq üçün mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

Bu qəbildən olan tədbirlər silsiləsindən növbəti layihə olaraq Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 100-ə yaxın magistrantla müsahibə keçirilmişdir. Müsahibə “Rabitəbank” ASC-nin İnsan Resurslarının idarə edilməsi departamentinin “İşə qəbul və qiymətləndirmə” şöbəsinin rəisi Kəmalə Eynullayeva tərəfindən aparılmışdır. Müsahibənin yekununda bank təmsilçisi magistrantların elmi bilik və praktiki bacarıqlarından razı qalmışdır.

K.Eynullayeva bundan sonra da BMDM ilə yaxından əməkdaşlıq edəcəyini qeyd etmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay