UNEC-in 95 illik yubileyi çərçivəsində Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə Sabunçu rayonu 310 saylı tam orta məktəbin 10-11-ci sinif şagirdləri ilə görüş keçiriblər.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos. Gülnarə Rzayeva universitetin ümumi fəaliyyəti, beynəlxalq əlaqələri, tələbələr üçün mövcud imkanlar və mübadilə proqramları haqqında geniş məlumat verib.
Sonra “Azərbaycan dili” kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənov fakültələr, tədris olunan ixtisaslar və tələbələr üçün praktik imkanlar barədə, kafedranın dosenti Gülbəniz İsmayılzadə isə tələbə həyatı, universitetdə keçirilən sosial tədbirlər, tələbə təşkilatları və əlavə inkişaf imkanları haqqında tələbələrə ətraflı danışıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.