A

“Həftənin kitabı” layihəsinin bu buraxılışında “В компании с трудными людьми” (“Çətin adamlarla birarada”) adlı kitabı təqdim edirik.  

Kitabın müəllifi Roy Lilleydir.

Şirkətdə korporativ mədəniyyət və işdə etik davranışlar məsələləri üzrə iqtisadi ekspert Roy Lilley əmindir ki, hətta çətin insanlarla birlikdə səmərəli işləmək və ünsiyyətdən zövq almaq olar. Müəllif bu kitabında istənilən kollektivdə rast gəlinəcək çətin əməkdaşların klassik tiplərini təhlil edir, mürəkkəbxarakterli adamların növ müxtəlifliyi haqqında geniş məlumat verir. Məhz buradan əldə edilən biliklərlə çətin əməkdaşların nə düşündüklərini, niyə belə etdiklərini və digər bu kimi davrandıqlarını başa düşmək, yaranacaq problemlərdən vaxtında həlli yolunu tapmaq olar. Bir sözlə, R. Lilleyin çətin adamlarla davranış strategiyasına dair tövsiyələrini öyrənərək müsbət nəticələr əldə etmək və kollektivdəki atmosferi yaxşıya doğru dəyişmək mümkündür. Müəllifin sözləri ilə desək, axı, ən çətin insanlar belə maneə deyillər, sadəcə, onlarla dil tapmaq, verilən qərarları razılaşdırmaq hər birimizin öz əlindədir.

Düşünürük ki, kitab əmək fəaliyyətinə yeni başlayanlar, karyerasında daha üstün mərhələyə qədəm qoyan hər kəs, eləcə də şəxsiyyət psixologiyası və insan münasibətlərinin sirləri ilə maraqlananlar üçün faydalı olacaqdır.

Adından da göründüyü kimi kitab rus dilinə tərcümə edilib. A. Rudnev tərəfindən rus dilinə tərcümə edilib. “В компании с трудными людьми” (“Çətin adamlarla birarada”) kitabı 2018-ci ildə “ОЛИМП-БИЗНЕС” Nəşriyyatında çapdan çıxıb, 192 səhifədir. Oxucu-istifadəçilər bu əsəri UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay