A

"ikisahil"

Bu gün dünya ölkələrində yaranmış struktur böhranın daha da dərinləşməsinin qarşısını almaq məqsədilə dünya ölkələri sosial-iqtisadi inkişaf strategiyaları seçmiş və bu strategiyaların əsasında istehsalın yenidən bərpa edilməsi amili başlıca prioritet seçilmişdir. Lakin dünya iqtisadiyyatında məcmu tələbin artım tempinin qeyd olunan faktorlardan yəni məcmu təklifin artım tempindən daha yüksək şəkildə inkişaf etməsi dünya əmtəə və xidmətlər bazarında qiymətlərin qalxmasına və yəni müəyyən mənada inflyasiyaya səbəb olmuşdur. Bu zaman, ölkələrin iqtisadiyyatı tənzimləməsi xüsusilədə stimullaşdırma siyasətinin inkişaf etməsi lazımdır. Bu stimullaşdırma siyasətini çərçivəsində dövlət xərclərinin artırılmasını qeyd edə bilərik ki, onun da başlıca istiqamətlərindən biri məhz əmək haqlarının artırılmasıdır.

Təbii ki, Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır və beynəlxalq bazarlarda sözügedən qiymət artımı Azərbaycana da müəyyən mənada təsir edir. Çünkü bazarda yerli məhsullarla yanaşı idxal olunan məhsullarda vardır.

Bu səbəbdən əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sözü gedən qiymət artımının və əhalinin sosial rifahında hər hansısa bir fəsadın yaranmasının qarşını alacaqdır. Digər tərəfdən qeyd etmək lazımdır ki, bu gün dünya bazarında enerji qiymətlərində müəyyən artımlar da vardır. Hər bir ölkə öz iqtisadiyyatını dünya iqtisadiyyatında baş verən yeni reallıqlara adaptasiya etməlidir ki, müəyyən iqtisadi zərərlərdən yan keçə bilsin.

Bu səbəbdən Tarif Şurasının enerji qiymətlərini qaldırması olduqca normal bir prosesdir. Bu artım əhalinin sosial-rifahına ciddi təsir etməyəcək çünki əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının qəbul edilməsi dövlətin dünya bazarında baş verən və ölkəmizə siraət edən qiymət artımının yarada biləcəyi müəyyən fəsadlarını aradan qaldırmaq üçün qəbul etdiyi mühüm stimullaşdırma siyasətinin bariz nümunəsidir. Dövlət hər addımında vətəndaşı düşündüyünü bir daha nümayiş etdirdi.

Aslan Əzimzadə,
UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay