A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına qoşulub.

Bu platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan və 4 milyondan çox tədqiqatçı tərəfindən təhlil edilən 3,6 milyon tam mətnli dissertasiyaya çıxış imkanı əldə edərək, yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Bu, tədqiqatçıların öz sahələri üzrə ən son inkişaf tendensiyalarını izləməsini və ən yüksək istinad almış dissertasiyalara asanlıqla çatmasını təmin edəcək.

PQDT-də yerləşdirilən dissertasiyalar Web of Science-ın yeni ProQuest™ Dissertations & Theses Citation Index indeksinə daxil edilir və müəlliflərin Web of Science profilinə əlavə olunur. 

UNEC-in PQDT platformasına qoşulması, universitetin beynəlxalq akademik əlaqələrini gücləndirmək və tədqiqat sahəsindəki uğurlarını daha da artırmaq məqsədi daşıyır. 

TOP XƏBƏRLƏR