A

Umico Logistics şirkəti ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini 16-31 iyul 2024-cü il tarixlərində beynəlxalq və regional logistika üzrə könüllü yay təcrübə proqramına dəvət edir!

Təcrübə proqramına qəbul olan gənclər real iş mühitində logistika sahəsində təcrübə qazanmaq şansını əldə edəcəklər.

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • MS Office proqramları üzrə bacarıqlar;
  • Azərbaycan, rus və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analitik düşünmə bacarıqları;
  • Təşkilatçılıq bacarıqları;
  • Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
  • Logistika sahəsinə maraq;
  • Təşəbbüskarlıq və innovativlik.

Təcrübəçilər keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:

  • Elektron ticarət yüklərinin beynəlxalq və regional logistikası;
  • Ümumi və xüsusi yüklərin beynəlxalq və regional logistikası;
  • Elektron ticarət yüklərinin gömrük rəsmiləşdirilməsi;
  • Ümumi və xüsusi yüklərin gömrük rəsmiləşdirilməsi;

Könüllü yay təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını Azərbaycan dilində 20 iyun 2024-cü il tarixinədək “UL tələbə təcrübə proqramı 2024” başlığı (subject) ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Ǫeyd edək ki, yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

TOP XƏBƏRLƏR