Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Mühasibatlıq bölməsində Kiçik mühasib vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılıb.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil
  • 21-27 yaş aralığı
  • Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • 1C proqramından istifadə bacarığı
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Kiçik mühasib nə iş görür?

  • Bank əməliyyatlarının icra edilməsi
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Debitor və kreditor sənədlərin 1C-də işlənməsi
  • Daxil olan və silinən mal-materialların siyahıya alınması
  • Mühasibat əməliyyatları ilə bağlı müxabirləşmələrin düzgün verilməsi
  • MVHH, MZHH və PVHH ilə bağlı əməliyyatların düzgün, vaxtında tərtib və təqdim olunması

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 315 AZN

Son müraciət tarixi: 14.06.2024

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Kiçik mühasib” qeyd  etməklə hBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

TOP XƏBƏRLƏR