Tərəflər Konfransı (COP), Paris Sazişi üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər. 

Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. Növbəti konfrans noyabr ayında Bakıda keçiriləcək. 

COP29 Əməliyyatlar Şirkəti məzunların iqlim dəyişikliyi və davamlılıq sahəsində yeni biliklər qazanması və bu bilikləri həmyaşıdları və ailələri ilə paylaşması məqsədilə “COP29 Akademiyası” layihəsinin icrasına start verilib. 

COP29 Akademiya iştirakçılara mentorluq, peşəkar inkişaf və şirkət daxilində iş imkanları təklif edən geniş miqyaslı bir layihədir. Layihə son 2 tədris ili çərçivəsində Ali Təhsil Müəssisələrindən (bakalavr və ya magistratura pilləsi) məzun olan gənclər üçün COP29 komandasının üzvü olmaq üçün imkan yaradır. 

Proqram iştirakçıları sahə üzrə peşəkar əməkdaşlar tərəfindən dəstək alacaq, dəyərli bilik qazanacaq və mühüm işgüzar əlaqələr quracaqlar, habelə, bu müddət ərzində əvəzolunmaz iş təcrübəsi əldə edəcəklər “COP29 Akademiyası” layihəsinə qeydiyyat açıq elan olunmuşdur.

Qeydiyyat üçün son tarix 22 iyundur.

Əlavə məlumat və qeydiyyat

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay