A

Yaşıl marketinq getdikcə daha çox əhəmiyyət kəsb edən və ekoloji cəhətdən təhlükəsiz davranışları özündə ehtiva edən bir strategiyaya çevrilməkdədir.  

Son illərdə ekoloji maariflənmə sürətlə artmaqdadır. Bir çox müəssisələr həm ətraf mühitə qarşı həssaslıqlarını sübut etmək, həm də istehlakçılarının bu yöndəki tələblərini qarşılamaq məqsədilə  ekoloji cəhətdən təmiz istehsal texnologiyalarından istifadə etməkdədirlər.

Bu gün marketoloqların qarşılaşdıqları mühüm problemlərdən biri də istehlakçıların ekoloji təmiz məhsullara tələbatının artması səbəbindən məhsul çeşidlərini yenidən təhlil etmək və bu istiqamətdə lazımi dəyişiklikləri etməkdir. Bu məqsədlə marketinq araşdırmaları aparılmalı, yeni marketinq strategiyaları hazırlanmalı və istehlakçıları şirkətin məhsullarının ekoloji cəhətdən təmiz xüsusiyyətləri barədə məlumatlandırmalı və inandırılmalıdırlar.

Bir çox müasir böyük təşkilatlar ətraf mühitin qorunması məsələlərində sosial məsuliyyət nümayiş etdirirlər. Bu da ətraf mühit siyasətinin müxtəlif aspektlərini sistemləşdirməyə və müasir eko - marketinq sistemi məsələlərini aktuallaşdırır.

Yaşıl marketinq – alıcıları ekoloji təmiz məhsullarla təmin etməyə çalışan pərakəndə ticarətçilər və onların təchizatçıları üçün bir qanundur. Yaşıl pərakəndə ticarət həm önəmli fürsətlər, həm də gəlir vəd edir.

Müasir pərakəndə satıcılar getdikcə ekoloji cəhətdən dayanıqlı təcrübələri daha geniş tətbiq edirlər. Pərakəndə satıcılar  məhsul çeşidlərini də yaşıllaşdırırlar. Bir çox pərakəndə satıcılar istehlakçıların daha ekoloji məsuliyyətli qərarlar qəbul etməsinə kömək edən proqramları reallaşdırırlar.

Yaşıl Marketinqdə tətbiq olunan beş strategiyanı qeyd etmək istərdim:

Yaşıl Məhsul Strategiyası. Canlılara zərər verməyən, torpağı qoruyan, çirkləndirməyən,

daha az təbii resurslar istehlak edən, təkrar emal edilə bilən məhsullar kimi müəyyən edilir. Təəssüf ki, malların tam ekoloji təmizliyindən danışmaq, yəni istehlakçıya və ətraf mühitə hər hansı bir mənfi təsirin olmaması yalnız müstəsna hallarda mümkündür.

Yaşıl Qiymət Strategiyası. Ekoloji cəhətdən təmiz məhsulları inkişaf etdirmək üçün edilən investisiyalar məhsulun maya dəyərinə təsir edir və satış qiymətini artırır. Ekoloji cəhətdən təmiz məhsullara qoyulan investisiyaların dəyərini qiymətdə əks olunması mümkün ola bilər.

Yaşıl təşviq strategiyaları – ətraf mühitlə dost reklam strategiyasını,  İctimaiyyətlə Əlaqələr (PR) və sponsorluq, satışın inkişaf etdirilməsini nəzərdə tutur.

Yaşıl paylama fəaliyyətləri – yaşıl fiziki paylama sifarişlərinin qəbulu və onların yerinə yetirilməsi, ehtiyatın idarə edilməsi və s. kimi mərhələlərdən ibarətdir:

Yaşıl etiketləmə – məhsulun müəyyən aspekti haqqında məlumatı özündə ehtiva edir. Bunları vasitəsilə istehlakçılar aldıqları məhsulların ətraf mühitə təsiri haqqında məlumatlar  ala bilər.

Sonda qeyd etmək istərdim ki, davamlı marketinq yalnız bir tendensiya deyil. İstehlakçılar davamlı məhsul və xidmətlər tələb etməyə davam etdikcə, davamlı marketinqə sadiq qalan şirkətlər uzun müddətdə inkişaf edəcəklər. Ətraf mühit və sosial aspektləri strategiyalarına inteqrasiya edərək, müəssisələr planetə müsbət təsir göstərə bilər, eyni zamanda artan marka sədaqətindən, rəqabət üstünlüklərindən və uzunmüddətli gəlirlilikdən faydalana bilərlər.

Bahar Paşayeva,

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin tələbəsi

TOP XƏBƏRLƏR