A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) təşkilatının Avrasiya və Yaxın Şərq üzrə Regional Təhsil Rəhbəri Taher Kapasi ilə görüş keçirilib.

Görüşdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Beynəlxalq iqtisadiyyat məktəbinin (ISE) direktoru dosent İnarə Rzayeva“Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov Maliyyə və mühasibat fakültəsinin və Beynəlxalq iqtisadiyyat məktəbinin strukturu və fəaliyyəti barədə ətraflı məlumat veriblər, 050409 – “Mühasibat” ixtisasının tədris planının, tədris olunan fənlərin sillabuslarının və imtahan suallarının siyahısının ACCA təşkilatının müəyyən etdiyi tələblərə cavab verdiyini bildiriblər.

Görüşdə “Mühasibat” ixtisasının tədris planının ACCA akkreditasiyasından keçməsi, gələcək əməkdaşlıq və planlara dair müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay