A

UNEC-də Tələbə rektor və aşağıda qeyd olunan tələbə təşkilatları üzrə yeni sədrlərin seçilməsiilə bağlı prosesə start verilir:

  • Tələbə-rektor
  • Tələbə Elmi Cəmiyyəti
  • İqtisadçı Vətənpərvərlər Təşkilatı
  • UNEC Könüllüləri Təşkilatı
  • Rəqəmsal Könüllülər Təşkilatı
  • UNEC Future Club
  • Cross-Cultural Club (Beynəlxalq Mədəniyyət Klubu)
  • UNEC İnnovativ Gənclər Təşkilatı
  • UNEC Diplomatiya Təşkilatı
  • UNEC Türk Dünyası Gənclər Təşkilatı

Seçki prosesi aşağıdakı mərhələlər üzrə həyata keçiriləcək:

29 sentyabr – 03 oktyabr 2025
Tələbələrin rəhbər seçimi qaydaları barədə məlumatlandırılması.

03 oktyabr – 13 oktyabr 2025

Namizədlərin elektron qeydiyyatı.

13 oktyabr – 15 oktyabr 2025
Namizədlərin bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Gənc İdarəçilər” müsabiqəsinin keçirilməsi.

15 oktyabr – 25 oktyabr 2025

Müsabiqədən uğurla keçmiş namizədlərin 3 dəqiqəlik təqdimat videolarının nümayişi, canlı yayımlar, sosial şəbəkələrdə tanıtımlar, UNEC elan lövhələrində posterlərin yerləşdirilməsi və UNEC Radiosunda çıxışlar.

27 oktyabr 2025
Təələbələrin şəxsi kabinetləri vasitəsilə onlayn səsvermə (10 saat ərzində).

Özünü lider hesab edən, təşəbbüskar və aktiv tələbələri namizədliyini irəli sürməyə səsləyirik.

TOP XƏBƏRLƏR