A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri kollecin direktoru, h.f.d., dosent Davud Davudov açaraq, 44 günlük Vətən müharibəsini xalqımızın şanlı tarixinin qürur səhifəsi kimi dəyərləndirib. Direktor qeyd edib ki, bu qələbə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, Ümummilli Lider Heydər Əliyevin siyasətinin davamı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq-ordu birliyinin nəticəsidir.

Kollecin tərbiyə işləri üzrə direktor müavini, t.e.n. Murad Muradov öz çıxışında bildirib ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbə və əməkdaşları Vətən müharibəsində böyük qəhrəmanlıq nümayiş etdiriblər. Onlardan biri qazi kimi geri dönüb, dörd nəfər isə Vətənin azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Tədbir kollec tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay