UNEC-də 8 Noyabr – Zəfər Günü münasibətilə UNEC Həmkarlar İttifaqı Komitəsi tərəfindən şahmat turniri keçiriləcək.
Turnir 1 noyabr 2025-ci il tarixində saat 10:00-da UNEC-in IV tədris binasında yerləşən şahmat otağında keçiriləcək.
Yarışın məqsədi əməkdaşlar arasında dostluq və zəfər ruhunu yaşatmaq, sağlam rəqabət və intellektual bacarıqları təşviq etməkdir.
Qalib gələn iştirakçılar UNEC Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılacaq. Birinci yerin sahibi 300 manat, ikinci yerin sahibi 200 manat, üçüncü yerin sahibi isə 100 manat məbləğində pul mükafatı ilə təltif olunacaq.
Qeyd edək ki, turnirdə UNEC-in bütün əməkdaşları iştirak edə bilər.
İştirak etmək istəyən əməkdaşlar qeydiyyat formasını dolduraraq turnirə qoşula bilərlər: