23-25 iyun 2025-ci il tarixlərində UNEC-in IV korpusunda (Abbas Səhhət 45A), saat 10.00-da doktorant və dissertantlar üçün “İxtisas” və “İqtisadın ümumelmi əsasları” fənləri üzrə fələsəfə doktoru imtahanları təşkil ediləcəkdir.

İmtahan yazılı və şifahi keçirilir. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Doktorant sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır. Hər bir imtahan bileti ixtisas üzrə 4 sualdan ibarətdir. İddiaçının biletində olan suallar və onlara verilən cavablar cavab vərəqində qeyd edilir. Doktorantın dissertasiya mövzusuna dair 5-ci sual imtahan komissiyası üzvləri tərəfindən ona şifahi cavablandırma zamanı verilir və cavab vərəqində qeyd edilmir. İmtahan komissiyasının üzvləri doktoranta biletə düşən suallar çərçivəsində və dissertasiya mövzusuna dair əlavə dəqiqləşdirici suallar verə bilərlər.

Hər bir sualın cavabı 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan üzrə keçid balı 25 baldır.

İmtahanlarda iştirak üçün tələb olunan ərizəni (imzalayıb SCAN edərək pdf formada), şəxsiyyət vəsiqəsinin surətini və dissertasiya mövzusunun Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqlənməsi barədə məktubun surətini 05 iyun 2025-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərilməsi xahiş olunur.

UNEC-in doktorantı olmayan şəxslər imtahana buraxılmaları üçün qeyd edilən sənədlərlə yanaşı dissertasiya işinin yerinə yetirildiyi müəssisənin UNEC-in rektoruna müraciət məktubunu da 05 iyun 2025-ci il tarixinədək təqdim etməlidirlər.

İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini unutmamağınızı xahiş edirik.

TOP XƏBƏRLƏR