Beynəlxalq nüfuzlu elmi bazalarda elmi nəşrlər tanınma, tələb olunma və istinad göstəricilərinə görə dörd kvartilə bölünür.

Bunlardan ən yüksəyi Q1-Q2 kvartildir. Q1 kvartilli elmi nəşrlər 100%-75%, Q2 isə 74%-50% arasındakı faiz göstəriciləri ilə təyin olunur. Scopus elmi platformasında indekslənən nəşrlərin istinad göstəricilərinə görə qiymətləndiriliməsi isə CiteScore metrik göstəricisinə əsasən aparılır. Bununla yanaşı qeyd etməliyik ki, eyniadlı elmi nəşr müxtəlif elmi istiqamətlərə görə kvartillər üzrə fərqli faiz göstəriciləri ilə qiymətləndirilə bilər.

İqtisad elminin müxtəlif tədqiqat sahələrinə aid Q1-Q2 kvartilli Scopus indeksli jurnalların siyahısı:

İqtisadiyyat, ekonometrika və maliyyə

Biznes, menecment və mühasibat uçotu

Belə ki, qeyd olunan jurnallar haqqında ətraflı məlumat almaq üçün scopus.com səhifəsinə istifadəçi adı və şifrənizlə daxil olaraq “Mənbələr” (источники, sources) düyməsini klikləyərək, açılacaq səhifədə “mənbənin axtarışı” hissəsinə elmi nəşrin adını daxil edib, “Axtarış” düyməsini basırsınız və bu zaman jurnal haqqında geniş məlumat əldə etməklə yanaşı, “Mənbə”nin əsas səhifəsinə (Source Homepage) keçid edə bilirsiniz.

Sadalanan elmi nəşrlərdə elmi əsərlərin təqdimi və qəbulu üçün əsasən Edtorial Manager sistemi tətbiq olunur. Bu elmi nəşrlərdə əsərlərinizi dərc etdirmək üçün qeyd olunan sistemin tətbiqi haqqında geniş məlumatı videotəlimat vasitəsilə əldə edə bilərsiniz.

VİDEOTƏLİMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay