A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış üçün elmi və praktiki məqalələrin qəbulu elan olunur.

UNEC JEAM jurnalının idarəedici redaktoru (Managing Editor) olaraq sizləri məqalə təqdim etməyə və elanı həmkarlarınız arasında elmi disseminasiyasını təmin etməyə dəvət edirəm.

UNEC JEAM – rəyli, elmi-praktik jurnal olaraq iqtisadiyyat və menecment sahələrində nəzəri və tətbiqi səviyyədə orijinal tədqiqat məqalələrini, ən son elmi baxışları və qısa elmi kommunikasiyaları qəbul edir.

Mövzu Sahələri:

  • İqtisadiyyat
  • Ekonometriya və Statistika
  • Maliyyə
  • Menecment

Bu xüsusi buraxılış UNEC-in elmdəki mövqeyini əks etdirən innovativ tədqiqatları təqdim etməyi hədəfləyir.

 Əsas tarixlər:

 Məqalə qəbulu üçün son tarix: 31 may 2025

 Nəşr dövriliyi: İldə iki dəfə (yarımillik)

 Məqalələr üçün tələblər:

  • Məqalələr yalnız ingilis dilində və Microsoft Word formatında qəbul olunur.
  • Maksimum uzunluq: 30 səhifə (haşiyə və istinadlar istisna olmaqla).
  • Əsas bölmələr:
  • Başlıq səhifəsi
  • Strukturlu xülasə (150–300 söz): giriş, əsas hissə, nəticə
  • Açar sözlər: 4–6 söz
  • Cədvəl və şəkillər: mətndə yerləşdirilmiş və nömrələnmiş
  • Aydın nəticələr bölməsi
  • İstifadə olunan ixtisarların siyahısı

 Qəbul meyarları:

Məqalə orijinal və başqa yerdə dərc olunmamış olmalıdır. Ən azı 70% istinadlar son 5 ilə aid olmalı və yalnız ingilis dilində olmalıdır. Bütün müəlliflər ORCID ID-lərini təqdim etməlidir: https://orcid.org/register

Müəlliflərin e-poçt ünvanları və ORCID-ləri təqdim edilməlidir.

Əlaqələndirici müəllifin tam əlaqə məlumatları qeyd olunmalıdır.

Məqalələrin göndərilməsi üçün e-poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR