A

Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) Litvanın Mykolos Romeris Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022/2023-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.  Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə seçiləcək.

Seçiləcək tələbə sayı: 2 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2022/2023-cü tədris ilinin yaz semestrində (yanvar-may ayları arasında)

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • Gedəcək ölkənin tədris olunacaq ingilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
  • Bakalavr pilləsi üzrə 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.
  • Magistratura pilləsi üzrə sonuncu kurs tələbəsi olmalı

Tələb olunan sənədlər:

  • Ərizə
  • Akademik transkript
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
  • "Niyət məktubu (ingilis dilində)"

Son müraciət tarixi: 14 noyabr, 2022-ci il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Mykolos Romeris Universiteti» yazılmalıdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay