A

2026-2027-ci tədris ili üçün Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) ORHUN Mübadilə Proqramı çərçivəsində tələbə və akademik heyət üçün qəbul elan olunur.

Proqram bakalavr, magistr, doktorant və professor-müəllim heyəti üçün qardaş ölkələrin aparıcı universitetlərində təhsil almaq və dərs demək üçün əla fürsətdir.

Müraciət üçün tələb olunan sənədlər

Tələbə mübadiləsi üçün:

  1. Tələbə müraciət forması

Müraciət forması (pdf)

  1. Transkript

Akademik heyət mobilliyi üçün:

  1. Akademik Heyətin müraciət forması
  2. Akademik Heyətin Mobillik proqramı

Sənədlər linkdə yerləşdirilibhttps://turkunib.org/tr/orhun

Mobillik müddəti

  • Tələbələr üçün: 1 semestr (2026–2027-ci tədris ilinin payız və ya yaz semestri).
  • Professor-müəllim heyəti üçün: 2026–2027-ci tədris ilinin payız və ya yaz semestri

Müraciət zamanı nəzərə alınmalı şərtlər

  • Yalnız bir universitet və bir semestr seçilməlidir.
  • Bütün sənədlər kompüterdə doldurulmalıdır.
  • Tələbələrin müraciət edə bilməsi üçün ümumi orta balı ən azı 100 üzərindən 75 bal

Proqram çərçivəsində seçilmiş tələbələrin səyahət xərcləri universitet tərəfindən qarşılanır. Yataqxana və qidalanma xərcləri isə seçilmiş universitetdən asılı olaraq dəyişə bilər.

Müraciət etmək istəyən namizədlər tələb olunan sənədləri 18 mart 2026-cı il saat 17:30-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər. Elektron məktub göndərilərkən mövzu hissəsində ad, soyad və müraciət edilən universitetin adı qeyd olunmalıdır.

Proqram haqqında ətraflı: http://turkunib.org/orhun

Həmçinin suallarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərsiniz.

Universitetlərin siyahısı

TOP XƏBƏRLƏR