İsveçrənin Haute école de gestion Arc (HEG Arc) Universiteti tərəfindən 2026–2027-ci tədris ili üzrə mübadilə proqramına müraciət qəbulu açıq elan olunur.
🔹 Son müraciət tarixi (payız semestri üçün): 17 aprel 2026 14:00-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməlidir
🎓 Magistr proqramı (Master səviyyəsi)
İxtisas:
Master of Science in Business Administration (Business in Eurasia)
Tədris dili:
İngilis dili (minimum B2)
Tədris istiqamətləri:
Beynəlxalq iqtisadiyyat, Avrasiya bazarları, rəqəmsal biznes, strateji idarəetmə
🎓 Bakalavr proqramları (Bachelor səviyyəsi)
İxtisaslar:
Business Administration
Business Law
Business Information Technology
Tədris dili:
Fransız dili (minimum B2)
Tədris istiqamətləri:
Biznes idarəedilməsi, Menecment, İqtisadiyyat və İnformasiya Texnologiyaları
📄 Tələb olunan sənədlər
- CV (ingilis dilində)
- Motivasiya məktubu
- Akademik transkript
- Xarici pasportun surəti
- Dil sertifikatı (minimum B2)
Əlavə məlumat
- Mübadilə müddəti: 1 semestr
- Müraciət yalnız UNEC tərəfindən rəsmi nominasiya əsasında həyata keçirilir
- İxtisas adları UNEC-də mövcud olan ixtisas adları ilə tam uyğunluq təşkil etməyə bilər; tələbələr gələcək semestrdə UNEC-də tədris olunacaq fənlərlə uyğunluq təşkil edən fənnləri seçmək imkanına malikdirlər.
📩 Proqramda iştirak etmək istəyən tələbələrdən sənədlərini qeyd olunan son tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna təqdim etmələri xahiş olunur.
Ətraflı məlumat üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə müraciət edə bilərsiniz.