Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin beynəlxalq neft strategiyası: perspektivlər və nəticələr” adlı layihəsi çərçivəsində İsrailin Tel-Əviv şəhərində konfrans keçiriləcək.
Oktyabrın 17-də keçiriləcək konfransda İsrail universitetlərinin alimləri, dövlət qurumlarının, QHT və media nümayəndələri iştirak edəcəklər.
Konfransın neft və su, eləcə də iqtisadiyyatla bağlı panel iclaslarında “Yeni Azərbaycan neft strategiyasının perspektivləri”, “Azərbaycan-İsrail dostluq və əməkdaşlıq əlaqələri və gələcək perspektivlər” haqqında məruzə ilə çıxış etmək istəyən UNEC professor-müəllim heyətindən olan şəxslər Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədovaya e-mail yazaraq müraciət edə bilərlər.
Əlaqə üçün e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.