A

UNEC KİM-in 24/7 Kitabxanasının “KİTABIM” layihə-podkastının növbəti qonağı UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, “İqtisadiyyat” kafedrasının dosenti Elşən Bağırzadə olub.

Elşən Bağırzadə “Palgrave Macmillan” nəşriyyatı tərəfindən yeni çapdan çıxmış kitabı haqqında ətraflı məlumat verib. Müəllif kitabın yaranma ideyası, beynəlxalq nəşriyyatın mövzuya göstərdiyi xüsusi maraq, çapa təqdim edilənədək aparılan araşdırmalar, həmçinin əsərin ərsəyə gəlməsi prosesində qarşıya çıxan çətinliklər barədə danışıb.

O bildirib ki, kitabda Türk respublikalarında kölgə iqtisadiyyatının ilk sistemli müqayisəli təhlili təqdim olunur. Müəllif bu cür elmi araşdırmaların həm iqtisadi inkişafın təmin edilməsində, həm də kölgə iqtisadiyyatının azaldılması və davamlı inkişafın təşviqi istiqamətində siyasətçilər üçün praktik tövsiyələrin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

TOP XƏBƏRLƏR