A

UNEC Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Leyla Hacıyeva Qırğız Milli Universitetinin təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edib.

Məruzəçi müasir iqtisadi arxitekturanın formalaşmasında akademik mobilliyin və elmi əməkdaşlığın prioritet istiqamətlərindən bəhs edib.

Çıxışda xüsusi olaraq qeyd olunub ki, universitetlər arasındakı sinerji elmi-tədqiqat layihələrinin effektivliyini artırır və qlobal rəqabətədavamlı kadr hazırlığına birbaşa töhfə verir. Dosent L.Hacıyeva resursların birgə istifadəsinin və təcrübə mübadiləsinin müasir dövrdə davamlı inkişafın əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay