Mayın 16-da Sloveniyanın Lyubliana Biznes Məktəbinin və Avropa İttifaqının təşkilatçılığı ilə "6th EECME Conference - Sustainable Intelligence in the Digital Landscape: Exploring Paths for Management and Economics" adlı beynəlxalq elmi konfrans keçiriləcək.

UNEC əməkdaşları Lyubliana Biznes Məktəbində keçiriləcək konfransa dəvət olunur.

Konfransda iştirak ödənişsizdir və seçilmiş məqalələr Sloveniya Biznes Məktəbinin elmi jurnalında nəşr ediləcək. Konfrans hibrid formadadır. UNEC-in Xanım Tədqiqatçılar Şurası konfransın akademik tərəfdaşıdır.

Konfransa xülasələrin təqdim olunması üçün son tarix: 11 fevral 2024-cü il.

Xülasədə (100-150 söz) məqalənin mövzusu, məqsədi və metodologiyası aydın şəkildə göstərilməlidir.

Məqalələr 7 aprel 2024-cü il tarixindən gec olmayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir. Məqalələr EECME konfrans məruzələr kitabında nəşr olunacaq. Seçilmiş məqalələr isə Sloveniya Biznes Məktəbinin elmi jurnalında nəşr olunmaq hüququ əldə edəcək.

Konfrans barədə ətraflı məlumat almaq, eləcə də xülasə və məqalə göndərmək üçün konfransın səhifəsinə keçid edə bilərsiniz.

ƏTRAFLI MƏLUMAT

Əlavə sualı olanlar UNEC-in EFTİED-nin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevaya müraciət edə bilər.
Əlaqə: +99412 4927298
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR