A

UNEC-də bakalavr və magistr səviyyələri üzrə ixtisasların akkreditasiyası məqsədilə Almaniyanın "Foundation for International Business Administration Accreditation" (FIBAA) akkreditasiya qurumunun rəhbərliyi ilə onlayn görüş təşkil olunub.

Görüşdə ixtisasların akkreditasiyası zamanı xarici ekspert qruplarının fəaliyyəti üçün ixtisasların optimal klasterlərinin yaradılması istiqamətində rəhbər heyətlə müzakirələr aparılıb.

Müzakirələr zamanı FİBAA-nın icraçı direktoru Diane Freiberger UNEC-də əməkdaşlıq istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, cari ilin may ayında FİBAA-nın beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti UNEC-də işgüzar səfərdə olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay