A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin 2014-cü il məzunu Mürsəl Kamil oğlu Kazımlının iyul ayının 23-də doğum günü idi. Yaşasaydı 32 yaşı olacaqdı.

UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə Mürsəl Kazımlının məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Mürsəl Kazımlı düşmənin atdığı minadan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Mürsəl Kazımlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

TOP XƏBƏRLƏR