UNEC-də Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) və “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə “Müasir əmək bazarı və süni intellekt” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda kafedranın müəllimi, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Lalə Paşayeva mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Seminar 27 sentyabr, saat 14:00-da UNEC-in 4 saylı tədris binasında keçiriləcək. Mövzu ilə maraqlananlar seminarda iştirak edə bilərlər.