×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunu, “Parlaq İnkişafa Körpü” layihəsinin həmtəsisçisi Mirələm Əkbərli və layihənin komanda üzvləri ISE tələbələri ilə görüşüblər.

Məzunu olduğu fakültənin tələbələri ilə görüşən Mirələm Əkbərli tələbəlik dövrünün yaddaqalan xatirələrini, eləcə də uğur hekayəsini onlarla bölüşüb. Layihənin digər üzvləri də tələbələrə karyera yolunda qarşılaşdıqları çətinliklərdən və onların həlli yollarından danışıblar.

Görüşdə tələbələrə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas istiqamətlərindən biri fərdi mentorluqdur və tələbələrə karyera planlaşdırması, yumşaq bacarıqların inkişafı və ingilis dili öyrənilməsi sahəsində dəstək göstərilir. Layihə iştirakçıları müxtəlif sahələrdə uğur qazanmış peşəkarlarla bir araya gələrək, bilik və təcrübələrini paylaşırlar, həmçinin, fərdi mentorluq vasitəsilə onların inkişafına dəstək olurlar.

Tələbələrin böyük maraqla qatıldıqları görüş “networking” formatında müzakirələrlə tamamlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay