A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Maliyyə və Biznes menecmenti” kitabını təqdim edir. Kitabın müəllifləri Elnur Hacıyev və Murad Bədirovdur.

Dərs vəsaitində maliyyə və biznes menecmentinin məqsəd və vəzifələri, iqtisadi proseslərdə onların yeri və önəmi qeyd edilib. Burada biznes tipləri səviyyəsində maliyyənin idarə edilməsinin əsas məsələləri, xüsusilə, şirkətin əmlakı və kapitalından istifadənin səmərəliliyi, dövriyyə vəsaitlərinin və kreditor borclarının idarə edilməsi, maliyyə resurslarının zamana görə dəyəri, müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi, maliyyə risklərinin hesablanması və onların idarəedilməsi modelləri şərh edilib. Kitabdakı fəsillərdə təhlil edilən mövzuların hər birinə aid praktiki məsələlərin həlli göstərilib, sonunda icmalı verilib.

“Maliyyə və Biznes menecmenti” dərs vəsaiti 2021-ci ildə “TUNA” QSC Nəşriyyatında çapdan çıxıb. Kitab 368 səhifədir. Oxucu-istifadəçilər dərs vəsaitini UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay