A

“Həftənin kitabı” bu həftə oxuculara “Деловая и академическая коммуникация на русском языке” (“İşgüzar Rus dili və akademik kommunikasiya”) kitabını təqdim edir.

Dərsliyin müəllifi UNEC-in “Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, “Əməkdar müəllim”, dosent Gülnarə Rzayevadır.

Rusiya, Türkiyə, ABŞ, Tailand və digər ölkələrin nüfuzlu jurnallarında çap edilmiş 70-dən artıq  elmi məqalə, 2 dərslik, 22 dərs vəsaiti, 5 fənn proqramının müəllifinin bu kitabında başlıca məqsəd tələbələrin şifahi nitqi ilə yanaşı, yazışma mədəniyyətinin formalaşmasına və bu istiqamətdə Rus dilinin potensial imkanlarından yararlanmağa, işgüzar məktublarının düzgün yazılması, bank, maliyyə və digər sahələrlə bağlı normativ sənədlərin, müxtəlif səpgidə müqavilələrin və müraciətlərin qaydalı tərtib edilməsinə yardım göstərməkdir.

422 səhifəlik “Деловая и академическая коммуникация на русском языке” kitabı “İqtisad Universiteti” Nəşriyyatında 2021-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay