A

Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik fakültəsinin müəllim və tələbələri UNEC-lə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunan Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Aerokosmik tədqiqatlar: nailiyyətlər, problemlər və perspektivlər” adlı elmi seminarda iştirak ediblər.

Seminarda aparılan müzakirələrdə fakültənin “Maşın mühəndisliyi” ixtisasının müəllimləri Könül Rəhimova, Sevda Abbasova və bir qrup tələbələri iştirak ediblər.

İştirakçılar ETAİİ-nun direktoru professor Elçin İsgəndərzadə tərəfindən sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR