A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində “Yaşıl UNEC” ili çərçivəsində silsilə lektoriyalara start verilib.

“Yaşıl dünya fəlsəfəsi: təbiətə fəlsəfi-romantik baxış” mövzusunda olan ilk lektoriyada “Humanitar fənlər” kafedrasının professoru Afaq Məmmədova çıxış edərək, qeyd edib ki, romantizm fəlsəfəsində təbiətin hadisə və prosesləri vahid universumun çoxcəhətli təzahürü kimi ümumi vəhdət konteksində araşdırılır. A.Məmmədova bildirib ki, romantik filosoflara görə, təbiət mütləq yaradıcının öz-özünü dərk etməsinin təzahürü olmaqla, ilahi atributların və simvolların gerçəklikdə inikasıdır. Fəlsəfi romantizmdə təbiət yalnız elmi eksperimental tədqiqatların obyekti deyil, fəlsəfi bədii mənimsənilmənin predmetidir. Təbiətin sirləri məntiqi təfəkkür ilə yanaşı, həm də irrasional və ezoterik biliyin imkanları sayəsində idrakın obyekti ola bilər. F.Şellinq, Novalis, Hüseyn Cavid, Məhəmməd Hadi və digər romantiklərin əsərlərində təbiətdən mükəmməl, müqəddəs və heyrətamiz sənət əsəri kimi bəhs olunduğu vurğulanır. Romantik fəlsəfəyə görə təbiət hər şeyi ehtiva edən ruha malikdir. İlahilik təbiətin mahiyyətidir. Təbiət həyatın mənbəyi və əsası olduğu üçün böyükdür, ideal gözəlliyin, ahəngdarlığın və mükəmməlliyin meyarıdır.

Sonda lektoriya iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR