Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanasının təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində iki önəmli tədbir – “Akademik kitabxanalarda kitabxanaçı hüquqları - biz hüquqlarımızı bilirikmi?” mövzusunda seminar və “Xoşbəxt olmaq kimin haqqıdır?” adlı təlim baş tutub.
Tədbirdə 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova çıxış edərək, akademik kitabxanalarda çalışan kitabxanaçıların peşə hüquqları, əmək mühiti və hüquqi müdafiə mexanizmləri barədə ətraflı təqdimatla iştirakçıların diqqətini bu sahədə mövcud vəziyyət və inkişaf perspektivlərinə yönəldib.
Tədbirin təlim bölməsində isə ICF akkreditasiyalı kouç, şəxsi inkişaf üzrə mütəxəssis və “CodeArt Training Center”in təlimçisi Nərmin Həsənli “Xoşbəxt olmaq kimin haqqıdır?” mövzusunda təqdimatla çıxış edib. O, fərdi xoşbəxtlik, emosional rifah və psixoloji sağlamlıq mövzularında interaktiv müzakirə apararaq iştirakçılara həyatda balans və məmnuniyyətin yollarını göstərib.
Tədbir iştirakçıları həm peşə hüquqları, həm də şəxsi inkişaf mövzusunda biliklərini artırmaq imkanı əldə ediblər.