A

Elm və Təhsil Nazirliyi ilə Clarivate Analytics şirkəti arasında imzalanan konsorsiuma əsasən, Azərbaycan tədqiqatçıları Journal Citation Reports xidmətindən istifadə imkanı əldə ediblər.

Bu xidmət Web of Science indeksli elmi nəşləri yer aldığı sistemdir. Bu sistemdə 21762 jurnal olmaqla, kənd təsərrüfatı, incəsənət, humanitar və interdisiplinar, biologiya və biokimya, kimya, tibb, kompyuter, iqtisadiyyat və biznes, mühəndislik, ətraf mühit/ekologiya, geoelmlər və s. elmi istiqamətlər üzrə 254 kateqoriya mövcuddur.

2024-cü il may ayı üzrə verilənlərə əsasən qeyd etməliyik ki, Azərbaycanın 9 elmi jurnalı Web of Science bazalarında indekslənib. Siyahı. Bu jurnalların ikisi Q1 kvartilli, ikisi isə Gold Open Access-dir.

Ümumiyyətlə, tədqiqatçılar Web of Science bazasında indekslənən müxtəlif elmi istiqamətlər üzrə jurnal, kitab seriyası, konfrans məruzə kitablarının siyahısını əldə edə bilmək üçün Master Journal List https://mjl.clarivate.com/search-results sisteminə daxil olaraq, səhifənin sağ kənarında yerləşən filter vasitəsilə təqdim olunan elmi nəşrləri əsas kolleksiya (Core Collection), elmi istiqamətlər, region və dillərə görə axtarış edə bilərlər.

Əlavə məlumat almaq üçün Elmmetrika şöbəsinə müracət etmək mümkündür. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay