A

Bu gün UNEC-də Sosial və İqtisadi İnkişaf Təşkilatı (Economic Social Development - ESD) ilə birgə keçirilən “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda 37-ci Beynəlxalq Elmi Konfrans bölmə müzakirələri ilə davam etmişdir.

Dünyanın 16 ölkəsinin ali təhsil müəssisələrinin professor-müəllim heyətinin qatıldığı bölmə müzakirələri “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri konteksində  davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, “Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizmlər”, “Təbii resurs gəlirlərinin sosial-iqtisadi aspektləri”, “Qeyri-müəyyənlik mühitində şirkətlərin fəaliyyəti”, “Dövlət və özəl sektor partnyorluq münasibətləri və sahibkarlıq imkanlarının genişlənməsi” mövzularına həsr edilmişdir.

Qonaq alimlərin böyük maraqla iştirak etdiyi bölmə müzakirələrində konfrans iştirakçıları aktual mövzular ətrafında təqdimatları dinləmiş, fikir mübadiləsi aparmışlar. UNEC-in professoru Zahid Məmmədovun, Həştərxan Dövlət Universitetinin (Rusiya) professoru Oksana Minevanın və UNEC müəllimi Altay İsmayılovun moderatorluğu ilə keçirilmiş “Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar” adlı 1-ci bölmədə “Azərbaycanın iqtisadi inkişafının struktur modeli: problemlər və perspektivlər”, “Dayanıqlı inkişaf milli doktrin kimi: Vyetnam təcrübəsi”, “Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası” və digər mövzularla bağlı təqdimatlar keçirildi.

Maraqla qarşılanmış növbəti bölmə UNEC-in professoru Əlican Babayevin və dosent Aida Quliyevanın moderatorluğu ilə keçirildi. “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf” mövzusuna həsr edilmiş 2-ci bölmədə “Regionlarda innovasiyalı istehsalın təşkilinin zəruriliyi”, “Xarici investisiya müqavilələrində tərəqqi bəndi” və digər məqamlara toxunuldu.

“Davamlı inkişafın hədəfləri, fiskal və monetar mexanizmlər” adlı 3-cü bölmədə moderatorlar professor Yadulla Həsənli və dosent İnarə Rzayeva iştirak etdilər. Məruzəçilər “Peşəkar məhkəmə mühasibatı və onun uyğunluğu haqqında anket araşdırması”, “Maliyyə risklərinin idarə oluna bilməsi, maliyyə sabitliyinin vacib amili kimi” və digər mövzular ətrafında təqdimatlarla çıxış etdilər. 

“Təbii resurs gəlirlərinin sosial-iqtisadi aspektləri” mövzusuna həsr edilmiş 4-cü bölmə moderatorlar UNEC professoru Sakit Yaqubov, professor Müslüm İbrahimov və Belqorod Dövlət Tədqiqat Universitetindən (Rusiya) Elena Stryabkovanın iştirakı ilə keçirildi. Burada “Təbii resurs gəlirləri və ekoloji tarazlığın təmin olunması mexanizmləri”, “Bölgənin inkişafı üçün “Hacendary” siyasətinin bir hissəsi olaraq Meksikada kənd təsərrüfatı subsidiyaları” və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

“Qeyri-müəyyənlik mühitində şirkətlərin fəaliyyəti” mövzusuna həsr edilmiş 5-ci bölmədə moderatorlar UNEC profossoru Kamil Şahbazov və müəllim Aqil Əzizovun iştirakı ilə “Müəssisələrdə informasiya assimetriyasının azaldılmasına Bayesian yanaşma”, “İstehlakçının seçiminə məhsulyönlü xüsusiyyətlərin nisbi təsirinin müəyyən edilməsi”, “Keyfiyyətin idarə edilməsinin planlaşdırılması və proqnozlaşdırılması”, “Yük daşımaları xidmətinin keyfiyyətinin idarə edilməsinin optimallaşdırılması” və digər mövzular ətrafında müzakirələr aparıldı.

“Dövlət və özəl sektor partnyorluq münasibətləri və sahibkarlıq imkanlarının genişləndirilməsi” mövzusuna həsr edilmiş 6-cı bölmədə moderatorlar qismində UNEC professor Məhiş Əhmədov və professor Rövşən Quliyev iştirak etdilər. Çıxışlarda “Qeyri-neft sektorunda sahibkarlığın inkişafının konseptual əsasları”, “Doktorantura üzrə elm və təhsilin inteqrasiya əlaqələrinin qiymətləndirilməsi”, “Azərbaycanda insan kapitalının turizmin inkişafına təsirinin təhlili” və digər mövzulara toxunuldu.

Keçirilmiş müzakirlərdə qonaq alimlər seçilmiş müzakirə mövzularının xüsusi aktuallığını, təşkilatçılıq səviyyəsinin yüksək olduğunu, UNEC-in iqtisadi araşdırmalar sahəsində böyük potensiala sahib olduğunu bildirdilər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay