A

UNEC-in Biznes və menecment fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfransda fakültə dekanı dosent Mirağa Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söz açıb. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sürətlə inkişaf etdiyini, xalqın rifahının yüksəldiyini bildirib.

Sonra "Ticarət və gömrük işinin təşkili" kafedrasının müdiri, professor Arif Şəkərəliyev “İşğaldan azad edilmiş ərazilərdə ticarətin və logistikanin inkişaf prioritetləri” mövzusunda çıxış edib. O, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” konsepsiyasında işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının əsas məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

"Menecment" kafedrasının müdiri professor Kamil Şahbazov işğaldan azad edilmiş ərazilərdə idarəetmənin inkişaf istiqamətlərindən, eləcə də həmin ərazilərdə idarəetmə strukturlarının bərpası və inkişafı istiqamətində aparılan işlərdən danışıb.

"Biznesin idarə edilməsi" kafedrasının müdiri Məhəmməd Əliyev isə işğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətləri mövzusuna toxunub. O, KOS inkişafı üçün bu regionda olduqca əlverişli şəraitin olmasını və işğaldan azad edilmiş ərazilərin yenidən bərpası ücün xarici investorların cəlb edilməsi və şəraitin yaradılması, stimullaşdırıcı tədbirlərin həyata kecirilməsi vurğulayıb.

Konfrans İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyevin işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı fikir və mülahizələri ilə davam edib.

Tədbirin sonunda fakültənin TEC rəhbəri dos. Pikəxanım Xudiyeva dahii şəxsiyyət Heydər Əliyevin təhsilə, elmə verdiyi dəyərdən danışıb.

Konfrans öz işini bölmələr üzrə  davam etdirib. Sonda konfransda cıxış edən tələbələr sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay