A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Şahmat klubunun təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən tələbələrarası "Zəfər" şahmat turniri başa çatıb.

Yarışmada ümumi olaraq 64 tələbə iştirak edib.

Maraqlı keçən turnirin qaliblərini təqdim edirik:

I yer: Mətin Mürsəlli, Maliyyə və mühasibat fakültəsi, I kurs.

II yer: Üzeyir Bədirli, Beynəlxalq İqtisadiyyat Məktəbi, I kurs.

III yer: Nurlan Lətifov, Mühəndislik fakültəsi, II kurs.

Sonda qaliblər Fəxri Fərman və xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay