UNEC-də Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "Maliyyəçisən" adlı yay təcrübə proqramının infosessiyası keçirilib.
UNEC Karyera Mərkəzinin və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə baş tutan infosessiyada təşkilatçılar "Maliyyəçisən" adlı təqaüdlü təcrübə proqramı haqqında məlumat veriblər. Tədbir iştirakçılarına bankçılıq haqqında infossesiya nümayiş etdirilib, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə keçiriləcək "Maliyyəçisən" adlı yay təcrübə proqramının faydalılığı, “Pul siyasəti və onun əməliyyat çərçivəsi, Mərkəzi Bankın elektron resurslarına dair ətraflı məlumat təqdim edilib.
Tədbir “Ümummilli lider Heydər Əliyev İli”- nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılması məqsədilə keçirilir.