A

İqtisadiyyat və idarəetmə fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbiri fakültə dekanı dos.Elçin Eyvazov açaraq, Heydər Əliyevin milli kadr potensialının formalaşması istiqamətində misilsiz xidmətlərindən danışıb.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova çıxış edərək, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olduğunu bildirib. Həmin dahilərin öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca apardığını, ən taleyüklü məqamlarda qalib rolu oynadıqlarını diqqətə çatdırıb. Komitə sədri ümummilli lider Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi adını əbədi yazdırdığını qeyd edib.

Tədbirdə çıxış edən UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik və milli-dövlətçilik modelinin formalaşması və qorunmasında böyük məna yükü daşıyan fenomen olduğunu bildirib. Dahi liderin 1993-1997-ci illərdə monetar, fiskal, aqrar, özəlləşdirmə, xarici investisiyaların cəlbi sahəsində həyata keçirdiyi dərin iqtisadi siyasətin və islahatların müsbət nəticələrindən söz açıb.

Tədbir İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin ifasında şer və mahnılarla zəngin bədii hissə ilə davam edib.

Tədbirin sonunda fakültənin təşkilatçılığı ilə keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb.

TOP XƏBƏRLƏR