A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan mühazirə keçirilib.

Dərsdə öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı dosent Hafis Hacıyev müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin zəngin təcrübəsindən, ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü işlərdən söz açıb.

Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edib. O, Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan, gənclərlə bağlı dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən danışıb. Qeyd olunub ki, ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialın yaradılmasına xidmət edib və bunun da nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR