Rus İqtisad Məktəbinin "Tətbiqi iqtisadiyyat" kafedrasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2023-ci il buraxılış işlərinin nəticələrinə əsasən tələbə elmi-praktiki konfransı öz işinə başlayıb.
Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov plenar iclasın açılçərxudşında çıxış edərək, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından danışıb.
Tətbiqi iqtisadiyyat kafedrasının müdiri dosent Sevinc Abbasova çıxışında sonuncu kurs tələbələrinin buraxılış işinin statistikasından danışaraq, qeyd edib ki, bu il departamentin müxtəlif ixtisaslarından olan 200-dən çox tələbəsi buraxılış işi yazmağa qərar verib.
Plenar iclasda fakültənin tələbələri müxtəlif mövzularda çıxışlar ediblər. Surət Məmmədov “Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla əməkdaşlığı: mövcud vəziyyət və inkişaf perspektivləri”, Nailə Əliyeva “Yaşıl artım strategiyası və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə”, Həsən Ağayev “Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti: xüsusiyyətləri və inkişaf perspektivləri”, Cəmilə Əhmədova “Müasir iqtisadiyyatda pul-kredit proseslərinin dövlət tənzimlənməsi” mövzuları ilə çıxışlar ediblər.