A

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədbirlər Planının icrası ilə bağlı olaraq tələbələr üçün “WUF13 və Azərbaycanın beynəlxalq imici” mövzusunda təqdimat keçirilib.

Tədbiri giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi sahəsində qazandığı zəngin təcrübədən bəhs edib, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ölkəmizdə keçirilməsinin müasir dövrdə şəhərsalma və davamlı inkişaf sahəsində qlobal çağırışlara cavab verilməsi baxımından mühüm rol oynadığını bildirib, onun ölkənin beynəlxalq imicinin daha da möhkəmlənməsinə, qlobal siyasi və iqtisadi platformalarda mövqeyinin güclənməsinə, innovativ memarlıq və urbanizasiya yanaşmalarının tətbiqinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə, eləcə də Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə təqdim olunmasına xidmət etdiyini qeyd edib, bu proseslərin tələbə və gənclər üçün yeni bilik, praktiki təcrübə və gələcək inkişaf imkanları yaratdığını vurğulayıb.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə geniş təqdimatla çıxış edərək, WUF13-ün mahiyyəti, məqsədləri və əhatə etdiyi prioritet istiqamətlər barədə ətraflı məlumat verib, forumun şəhərsalma və davamlı inkişaf sahəsində qlobal dialoq platforması kimi əhəmiyyətini vurğulayıb, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinin ölkənin beynəlxalq imicinin güclənməsinə və şəhərsalma sahəsində əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə təqdim olunmasına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda forum çərçivəsində həyata keçiriləcək əsas tədbirlər, təşəbbüslər və gözlənilən nəticələr barədə geniş şəkildə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay