A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində 31 Mart-Azərbaycanlıların Soyqırımına həsr olunan xüsusi dərslər keçirilib.

 Dərslərdə Soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

İqtisadiyyat və İdarəetmə fakültəsində keçirilən xüsusi dərslərdə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirilib. Bu hadisələrə uzun müddət dəyər verilmədiyini, yalnız ümummilli lider Heydər Əliyevin 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə imzaladığı Sərəncamı ilə erməni millətçilərinin hərəkətlərinə verilən siyasi qiymətin verildiyi bildirilib.

Xüsusi dərslərdə çıxış edənlər ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 106 il ötməsinə baxmayaraq, bu vəhşiliklərin xalqın qan yaddaşında əbədi iz buraxdığını qeyd ediblər.

TOP XƏBƏRLƏR