A

Azərbaycan Dövlət İqtisad Universiteti elmin beynəlmiləlləşməsinə verdiyi töhfələrlə tanınan ən böyük tədqiqat mərkəzlərindən biridir.

UNEC Biznes Məktəbinin proqram rəhbəri, i.f.d. Mirvari Qəzənfərli Macarıstanın nüfuzlu Obuda Universitetindəki Keleti Karoli Biznes və Menecment Məktəbinin tam təqaüdlü bir aylıq tədqiqat proqramında iştirak etmək hüququ qazanıb. Proqramın məqsədi beynəlxalq səviyyədə elmi fəaliyyətləri artırmaq və yeni araşdırma imkanları yaratmaqdır.

UNEC Xanım Tədqiqatçılar Şurası (WRC) ilə Obuda Universitetinin elmi əməkdaşlığı çərçivəsində Macarıstanda olan Mirvari Qəzənfərli Keleti Karoli Biznes və Menecment Məktəbinin dekanı və UNEC Xanım Tədqiqatçılar Şurasının tədqiqatçısı, professor Monika Fodor Garai ilə birgə akademik tədqiqatlar və elmi layihələr üzərində çalışacaq. 

TOP XƏBƏRLƏR