A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Startup İnkubatorunun startapı olan “Hipro” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) məşhur "Star Venture" proqramından 50.000 avro dəyərində qrant qazanıb.

“Hipro” startapı iş dünyasına işçilərinin xidməti fəaliyyətinin (performans) süni intellekt əsaslı qiymətləndirilməsi və avtomatlaşdırılması xidmətini təqdim edir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) inkişaf etməkdə olan bazarlarda biznesləri dəstəkləyən qlobal maliyyə institutudur və “Star Venture” proqramı yalnız ən perspektivli və innovativ startapları seçərək, onların inkişafını sürətləndirir.

HIRPO həmin proqramda Gürcüstan və Azərbaycandan seçilən 11 innovativ startap arasında yer alıb. Startap əldə etdiyi qrantla böyümə sürətini artırmağı, texnologiyasını təkmilləşdirməyi və beynəlxalq bazarlara çıxışını genişləndirməyi hədəfləyir.

TOP XƏBƏRLƏR