UNEC-in 95 illik yubileyi çərçivəsində Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin əməkdaşları Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsinin qazisi Cavid Mustafayevi və onun ailəsini ziyarət ediblər.
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin direktoru dosent Gülnarə Rzayeva, "Humanitar fənlər" kafedrasının müəllimləri, dosent Xədicə Abbaslı, baş müəllim Gülnarə Sultanova, həmçinin "Azərbaycan dili" kafedrasının dosentləri Günal Səfərli, Aybəniz Hüseynova və baş müəllim Samirə Əhmədovanın iştirakı ilə baş tutan görüşdə Cavid Mustafayev keçdiyi döyüş yolu ilə bağlı xatirələrini UNEC kollektivi ilə bölüşüb. Universitet nümayəndələri Cavid Mustafayevin və digər igid oğullarımızın torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi qəhrəmanlıq və vətənpərvərlikdən bəhs edərək, onların ömür yolunun hər bir gənc üçün vətənpərvərlik məktəbi olduğunu qeyd ediblər.