A

UNEC-də “İnsan mühəndisliyi” mövzusuna həsr edilmiş təlim keçirilmişdir.

Təlimçi Rövşən Nəcəfov təqdimat zamanı tələbələrlə şəxsi inkişafda psixoloji aspektlər, gələcək karyerada uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr aparılıb.

Ümumiyyətlə, maraqlı təlim istiqamətlərindən biri olan “İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir "təmiri", özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

Tədbir çərçivəsində, “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsi çərçivəsində tələbələr arasında aparılan sorğu çərşivəsində iştirakçılara anketləri paylanmışdır. Adı çəkilən təşəbbüs Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Elmin İnkişafı Fondunun birgə layihəsidir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay