A

UNEC Tələbə Elmi Cəmiyyəti və İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə "Sosial mediada şəxsi brendinqin formalaşdırılması" adlı təlim keçirilib.

Tədbirin açılışında çıxış edən UNEC TEC sədrinin müavini İlham Qulamhüseynov sosial medianın günümüzdəki rolundan danışıb.

Sonra təlimçi Həsən Hüseynsoy "Müasir dövrdə sosial mediadan necə istifadə edə bilərik?", "Sosial mediada brendimizi necə yarada bilərik?", "Şəxsi brendin həyatımızda nə kimi rolu var?" mövzularında geniş təqdimatla çıxış edib.

Sonda təlimçi tərəfindən tələbələri maraqlandıran suallar cavalandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay